AZ

Ramdan Auraq: “Makron küsmüş şıltaq uşaq kimi davranır” - MÜSAHİBƏ

Paris bu həftə ölkəmizdəki səfiri Ann Buayonu geri çağırmaqla Azərbaycanla yeni gərginliyə başlamaq qərarına gəlib. Fransa tərəfi bu qərarının səbəbini “iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlər” kimi göstərib.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə xatırladıb ki, son illərdə, xüsusən də 44 günlük müharibədən sonra Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya təşkilatında və digər beynəlxalq platformalarda dəfələrlə ölkəmiz əleyhinə təşəbbüslərlə çıxış edib. Fransa parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilib, Parisdəki səfirliyimizə hücum olub, azərbaycanlı şairə Xurşidbanu Natəvanın büstünün qarşısında vandalizm aktları qeydə alınıb və s.

Əlcəzairli analitik, beynəlxalq məsələlər və münaqişələr üzrə ekspert Ramdan Auraq Oxu.Az-a Fransa səfirinin geri çağırılması ilə bağlı vəziyyəti şərh edib:

- Müdrik siyasətçi bütün körpüləri yandırmağa tələsməz. Azərbaycanın balanslaşdırılmış, aydın siyasəti var ki, bu da ölkənin suverenliyinin bərpasına, Türkiyə və bir sıra digər dövlətlərlə müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə gətirib. Bütün bunlar Azərbaycan Respublikasını iqtisadi və enerji güclərinin akkumulyasiya mərkəzinə çevirir. Bakının postsovet məkanında mövqelərini möhkəmləndirmək üçün çoxlu manevr imkanları var. Azərbaycan tarixən beynəlxalq dialoq mədəniyyətinə malikdir, Bakı 19-cu əsrin sonlarında neft bumu başlayandan sonra beynəlxalq şəhərə çevrilib və bu gün də belə qalır.

Fransa Prezidenti Emmanuel Makronun hərəkətləri isə onu tələbləri rədd edilən kaprizli uşağa bənzədir. Makronun siyasəti Fransanın Şarl de Qoll və Beşinci Fransa Respublikasının digər qurucularının qazandıqları mövqeləri itirməsinə gətirib çıxarıb; Makronun prezidentliyi dövründə onların mirasından ən yaxşı halda 40%-i qalıb.

Fransa dünya ictimaiyyətinin, o cümlədən islam ictimaiyyətinin, postmüstəmləkə Afrika ölkələrinin - Əlcəzair və digərlərinin nəzərində avtoritet kimi görünmür. Fransa təhlükəsizliyi təmin edə bilən dövlət deyil. Bu, hazırda fransızların qovulduğu Afrikadan aydın görünür. Fransanı Afrikadan təkcə Rusiya sıxışdırmır, hətta ABŞ və İngiltərə də Parislə hesablaşmır. AUKUS-u (Avstraliya, Böyük Britaniya və ABŞ-nin yaratdığı üçtərəfli müdafiə ittifaqı) xatırlayın - Fransa ittifaqa buraxılmadı, Avstraliya isə Fransa nüvə sualtı qayıqlarını almaqdan imtina etdi (bununla da Parisin dərin qəzəbinə səbəb oldu).

Emmanuel Makron Fransanın rəqibləri və “müttəfiqləri” sayəsində itirdiklərini artıq geri qaytarmaq istəyir. Ona görə də o, Cənubi Qafqazın işlərinə qarışmaqla sizin regionda Fransanın yeni imicini formalaşdırmağa çalışdı. Makron məzhəb məsələləri ilə oynamaq qərarına gəldi və bunun üçün Ermənistana yardım göstərməyi ən əlverişli variant hesab etdi. Xristianlıq islama qarşı - Fransanın Azərbaycana qarşı işləyən bütün informasiya maşını məhz buna diqqət yetirir.

Əslində, Makron Fransanın maraqlarına zidd getdi. Dəvət olunmadığı, heç də hamının onu görməyə sevinmədiyi yerə soxuldu və yeni münaqişə yaratmağa başladı. Hazırda Makron Fransa səfirini Azərbaycandan geri çağırmaqla diplomatik gərginliyə doğru getdiyini göstərdi.

Daha dərindən baxılarsa, bütün bunların Fransanın fövqəldövlət statusunu bərpa etmək yönündə uğursuz cəhdlərinin təzahürü olduğu görünər. Yeri gəlmişkən, bunu Makronun Ukraynaya qoşun yeritmək təklifindən də görmək olar. Bu populist, qeyri-peşəkar jest Fransanın Avropa İttifaqında lider olduğunu göstərmək məqsədi daşıyırdı. Ancaq burada daha çox almanlar, fransızlar, polyaklar və s. arasında “növdaxili mübarizə” haqqında danışmaq olar. Bütün bunlar isə Makronun dövründə Fransanın rəzil siyasətini göstərir. Ərəb dünyasında belə bir deyim var: “Fərqlənmək istəyirsənsə, şalvarını çıxar”. Bu yumoristik ifadə Fransa prezidentinin davranışını təsvir edir.

- Azərbaycan neokolonializmlə, o cümlədən Fransa müstəmləkəçiliyi ilə mübarizə kampaniyasının fəal iştirakçısıdır. Üstəlik, bu fəaliyyətlə məşğul olan və koordinasiya edən Bakı Təşəbbüs Qrupu var. Paris bunu o qədər də xoşlamır, çünki müzakirə və qınaq obyektinə çevrilən Fransadır. Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı bu mövzu ilə bağlı ola bilərmi?

- Azərbaycanın yanaşması (neokolonializm mövzusuna - red.) Fransa üçün çox ağrılıdır. Bakı beynəlxalq ictimaiyyətə Fransanın “şkafındakı skeletləri” nümayiş etdirir. Burada təkcə informasiya və ya əxlaqi-etik komponent deyil, həm də hüquqi komponent var. Bununla da Azərbaycan Fransanın müstəmləkəsi olmuş ölkələrin xalqlarının Fransa dövlətinin kolonializm zamanı törətdiyi cinayətlərə görə Parisdən təzminat tələb etməsinə köməklik göstərir.

Belə cinayətlər fransızların soyqırımı həyata keçirdiyi Əlcəzairdə (1,5 milyondan çox əlcəzairli həlak olub - red.) törədilib. Bu faciə ilə bağlı bütün sənədlər toplanıb. Azərbaycan Fransa dövlətinin Əlcəzairdə və bir sıra başqa ölkələrdə törətdiyi cinayətlər mövzusunu çox güclü və obyektiv şəkildə ifşa edib.

Azərbaycanın ifşa etdiyi bu faktlar güclü hüquqi dəstək alarsa, bu, Fransaya sözün həqiqi mənasında çox baha başa gələcək. Paris Almaniyanın yəhudilərə münasibətdə əvvəllər və indi etdiyi kimi təzminat ödəməli olacaq. Azərbaycan Respublikası Fransadan artıq qeyd olunan təzminatlar məsələsini irəli sürəcək siyasi, humanitar, hüquqi platformaya çevrilib. Əlbəttə ki, bu, Parisin xoşuna gəlmir, ona görə də Makron körpüləri yandırır və özünü küsmüş şıltaq uşaq kimi aparır.

Nair Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12457
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9943
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4110
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3679
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3173
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2983
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2569
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2206
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1551
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
872
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777