AZ

Tovuzda avrokubok mübarizəsi

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 1 matç keçiriləcək. 6-cı sırada qərarlaşan "Turan Tovuz" 4-cü pillənin sakini "Sumqayıt"ı qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların görüşü saat 16:30-da başlayacaq.

Turun digər matçları 20 və 21 aprel tarixlərində keçiriləcək. Şənbə günü "Qarabağ" "Qəbələ"ni, "Zirə" isə "Neftçi"ni qəbul edəcək. Bazar günü "Sabah" "Kəpəz"in, "Səbail" isə "Araz-Naxçıvan"ın qonağı olacaq.

Azərbaycan Premyer Liqası, 31-ci tur

19 aprel (cümə)

16:30 Turan Tovuz – Sumqayıt
Tovuz şəhər stadionu

20 aprel (şənbə)

16:30 Qarabağ – Qəbələ
Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq