AZ

Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib

Aqrar sahədə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib. İclasda tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar. Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, xüsusilə Azərbaycanın istehsal etdiyi məhsulların Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb. Sənədlərdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Tərəflər iki ölkə arasında aqrar təhsil, mütəxəssis hazırlığı, aqrar tədqiqat və inkişaf, torpaqların konsolidasiyası, baytarlıq, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələri ilə təchizat və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. "Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət veririk”, - deyə türkiyəli nazir əlavə edib. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana bölgəsində Şərqi Ağdəniz dənizi Kənd Təsərrüfatı Tədqiqat İnstitutu, süni intellekt vasitəsilə idarə olunan müasir suvarma sistemlərinin fəaliyyəti ilə tanış olacaq.
 



 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17888
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14694
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9712
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8269
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7335
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7119
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7104
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7025
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6920
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6661
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5658
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5397
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5187
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5025
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4813
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4540
Sabah 20 dərəcə isti olacaq
4208
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3977
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3342
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3267