Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Keniyanın "Nation" qəzeti məlumat yayıb.
Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Nəşrin məlumatına görə, qəzada ölənlərdən biri Keniya Müdafiə Qüvvələrinin Baş komandanı Frensis Oqolladır.
Bildirilibki, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.
Helikopterdə olan digər şəxslərin kimliyi bilinmir.
![](https://news24.az/uploads/posts/2024-04/1197738_1.webp)