AZ

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: Məktəbə çırpıldı

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

Olaylar bildirir ki, bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumata görə, helikopter Əfqanıstanın qərbindəki Qor vilayətinin paytaxtı Firozkoda yerləşən məktəbə çırpılıb.

Hadisə helikopterin Heratdan Qora uçuşu zamanı baş verib və səbəbləri məlum deyil.

Yerli mənbələrdən daxil olan ilkin məlumatlarda ölənlərin və yaralananların olduğu bildirilir, lakin konkret sayı və xəsarət alanların vəziyyəti açıqlanmayıb. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
6
olaylar.az

10Mənbələr