AZ

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: Məktəbə çırpıldı - VİDEO

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumata görə, helikopter Əfqanıstanın qərbindəki Qor vilayətinin paytaxtı Firozkoda yerləşən məktəbə çırpılıb.

Hadisə helikopterin Heratdan Qora uçuşu zamanı baş verib və səbəbləri məlum deyil.

Yerli mənbələrdən daxil olan ilkin məlumatlarda ölənlərin və yaralananların olduğu bildirilir, lakin konkret sayı və xəsarət alanların vəziyyəti açıqlanmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
6
milli.az

10Mənbələr