AZ

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri -ŞƏRH

Rəsmi

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan dövlətinin xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də diplomatik münasibətlərdə qəbul olunmuş müvafiq konvensiyalara və digər sənədlərə tam riayət olunur. Belə olan halda Fransanın ölkəmizdəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması suallar doğurur. Əslində, Parisin öz səfirini geri çağırmasında bir sıra amillər var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan həmişə bütün dövlətlərlə bərabərhüquqlu, normal münasibətlər qurmağa üstünlük verib və bu yanaşmanı davam etdirir. Digər tərəfdən, dövlətimizin siyasətində milli maraqlarımız ən başlıca amildir. Müasir dünyada bir çox dövlət müəyyən səbəblərdən tərəf tutur. Lakin Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycan həm Şərq, həm Qərblə, o cümlədən Rusiya ilə balanslı münasibətləri qoruyub saxlaya bilir. Amma, Fransa kimi ölkələr müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərməyə, nəyisə diktə etməyə çalışır. Bu isə bizim üçün qəbulolunmazdır. Fransanın ölkəmizdəki səfirinin geri çağırılmasının səbəblərindən biri də budur.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində obyektiv mövqe sərgiləməyib, dolayısı ilə Ermənistanın tərəfini tutub, işğalçı ölkəyə heç bir təzyiq göstərməyib. Lakin, Azərbaycan özünün ərazi bütövlüyünü öz gücünə bərpa edərkən Fransa gerçək simasını göstərməyə başladı və açıq-aşkar işğalçı Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstəyini ifadə etdi. Emmanuel Makronun prezidentliyi illərində rəsmi Bakının münasibətləri normallaşdırmaq üçün bütün səylərinə baxmayaraq, Fransanın Cənubi Qafqazdakı ermənipərəst siyasəti ən yüksək zirvəsinə çatıb. Rəsmi Bakının bəyan etdiyi kimi, Fransa, xüsusilə son üç il yarım müddətdə atdığı addımlarla Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Bundan əlavə, Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənədlərin qəbul olunmasına çalışıb. Eləcə də, Fransa parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Lakin, Fransanın bu cəhdləri heç bir nəticə vermir. Öz siyasətində beynəlxalq hüquq və prinsiplərinə əsaslanan Azərbaycan 44 günlük müharibədən sonra daha da güclənib, Cənubi Qafqazda yeni reallıqlar yaradıb və heç bir qüvvə bu reallıqları dəyişdirə bilmir. İki qardaş olan Azərbaycanla Türkiyə regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Fransanın isə tarixən türklərə olan münasibəti məlumdur və bu gün türk dövlətlərinin güclənməsini, bütövlükdə türk dünyasının birliyini həzm edə bilmir. Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının səbəblərindən biri də məhz bu amildir.

“Üçüncü amil isə ondan ibarətdir ki, Makron hakimiyyəti erməni elektoratın dəstəyini qazanmaq üçün belə addımlar atır. Məlumdur ki, iyun ayında Avropa Parlamentinə seçkilər keçiriləcək. Rəsmi Parisin həm Fransada, həm də bütövlükdə Avropa məkanında mövqelərinin möhkəmləndirilməsi üçün erməni elektoratın dəstəyinə çox ehtiyac var. Xüsusilə, ən maraqlısı odur ki, Azərbaycandan geri çağırılmış səfiri prezident Makron şəxsən qəbul etsə də, o, Nigerdən qovulmuş Fransa səfirini qəbul etməyib. Halbuki, Parisin Nigerdə strateji maraqları var. Nigerdə baş vermiş məlum hadisələrdən sonra ölkəsinin səfirini qəbul etməyən Makronun indi belə bir addım atması suallar doğurur. Yəqin ki, bütün bunların arxasında hansısa səbəblər dayanır. Amma bütün hallarda Paris dövlətimizin haqlı mövqeyinə təsir edə bilməyəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
80
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
35
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
26
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
23
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
20
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
14
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
12
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
12
Bu yol qovşağında təmir işləri aparılacaq
11
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
11
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq
10
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
9
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
9
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
9
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
9
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
8
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
7
Məzahir Pənahov müşahidəçilərə çağırış etdi
7
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
6