AZ

Azərbaycan-Almaniya əlaqələri inkişaf edir - ŞƏRH

Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əmkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.Azərbaycan Avropa, Asiya və digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu dəfələrlə bəyan etmiş, müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır və bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir.Azərbaycan öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.Məlum olduğu kimi 23 aprel 2024-cü ildə ADA Universitetində Prezident cənab İlham Əliyevin sədrliyi ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilmişdir. Forumda çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan-Almaniya münasibətlərindən ətraflı bəhs edərək bildirdi ki, “Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə deyərdim ki, son ay ərzində biz daha fəal təmaslar görürük. Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda mən Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə – Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşmüşəm. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk.”Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya münasibətlərinin davamlı inkişafının bu gündə yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir..Ən əsası Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.Mansur Quliyev YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24223
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13587
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11605
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
7994
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5828
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5779
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5460
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4005
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3814
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3714
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3558
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3353
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2787
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556