AZ

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə nəyin necə və nə vaxt edilməsini hər kəsdən yaxşı bilən, ölkəmizin milli maraqlarının qorunması və təmin olunması, strateji müttəfiqlərinin və tərəfdaşlarının seçilməsi istiqamətində sistemli və qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyevin növbəti uğurudur. Bu, eyni zamanda Azərbaycanla Rusiya arasındakı əlaqələrin dövlətlərin suveren hüquqlarına münasibətdə qarşılıqlı hörmətə və etimada söykəndiyinin göstəricisi kimi dəyərləndirilə bilər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var və bu faktorların formalaşmasında Azərbaycanın 10 noyabr 2020-ci il bəyanatı, həmçinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yürütdüyü siysasət, eləcə də regionda davamlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi səylər, bütün aspektlərdən məsuliyyətli və sistemli davranışar müstəsna rol oynayıb.

"Qeyd edim ki, 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından, eləcə də bu bəyantdan irəli gələn razılaşmaların əldə olunmasından sonra, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, Qarabağın bir neçə rayonunda məskunlaşan erməni azlığının cəmiyyətimizə reinteqrasiya etmələri üçün maksimum səy və dözümlülük nümayiş etdirib, öz suveren hüquqları çərçivəsində bütün hüquqi və humanitar tədbirlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb, müharibədə qalib gəlməsinə baxmayaraq, sülh müqaviləsinin təşəbbüskarı kimi çıxış edib, əzici üstünlüyə sahib olmasına rəğmən, çağdaş dünyanın reallıqlarında çoxlarına nümunə ola biləcək, dinc birgəyaşayışa xidmət edən ləyaqətli və kifayət qədər tolerant davranışlar sərgiləyib.

Bunun qarşılığında isə, Ermənistan 10 noyabr 2020-ci bəyanatı və digər razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birini nəinki yerinə yetirməyib, hətta regiondan kənar qüvvələrdən dəstək almaqla təxribatlarını davam etdirib.

Nəticədə Azərbaycan, təxminən 3 illik səbr və dözüm nümayişindən sonra mülki vətəndaşlarının təhlüksəziliyini təmin etmək istiqamətində ölkə konstitusiyasının tələblərinə və Beynəlxalq Jumanitar Hüququn prinsiplərinə uyğun addımlar atmaq məcburiyyətində qalıb. Nəticədə, vətəndaşlıq statuslarından asılı olmayaraq, mülki sakinlərin təhlükəsizliyi maksimum təmin edilməklə gerçəkləşdirilən antiterror tədbirləri sayəsində işğalçı qüvvələrin və qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazilərində mövcudluğuna son qoyulub, həmin ərazilərdə Azərbaycanın legitim təsisatlarının fəaliyyətinə imkan yaradılıb, təhlükəsizlik təmin olunub. Lakin Azərbaycanın bütün hüquqi addımlarına, təqdim edilən reinteqrasiya planının real perspektivinə baxmayaraq, Qarabağın bəzi ərazilərində yaşayan və məskunlaşan erməni əhalinin əhəmiyyətli hissəsi Azərbaycan ərazilərini könüllü şəkildə tərk ediblər və Ermənistanın rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyan da bu hadisələr zamanı erməni azlığının təmsilçilərinə münasibətdə hər hansı bir təzyiqin olmadığını etiraf edib", - o bildirib.

O qeyd edib ki, hazırda real vəziyyət ondan ibarətdir ki, Azərbaycan işğaldan və separatizmin hərbi təzahürlərindən xilas edilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri həyata keçirilir.

"Həmin ərazilərdə Azərbaycanın bütün dövlət qurumlarının müvafiq təmsilçilikləri yaradılıb, təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Ölkəmizin reinteqrasiya planı və bunun üçün yaradılan kifayət qədər sadə prosedur ortalıqdadır. Yəni işğala qədər Azərbaycan ərazilərində doğulan və yaşayan, eləcə də onların varisləri bu sadə prosedurlardan istifadə etməklə cəmiyyətimizə reinteqrasiya oluna bilərlər və onların digər Azərbaycan vətəndaşları kimi bütün konstitusion hüquqlarının qorunmasına təminat verilir. Bu baxımdan da, Rusiyanın sülhmərmalı missiyasının Azərbaycan ərazilində mövcudluğuna lüzum qalmır və onlar öz missiyalarını 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında göstərilən müddətdən daha tez başa vurublar. Bu prosesin tez bir zamanda başa çatdırılması, təhlükəsizliyin tam təmin edilməsi isə, şübhəsiz ki, Azərbaycının uğuru hesab olunmalıdır.

Ermənistan isə daha öncə qeyd olunduğu kimi, 10 noyabr 2020-ci il bəyanatında yer alan öhdəliklərindən heç birini, o cümlədən Azərbaycan Respublikası ilə onun ayrılmaz hissəsi olan Naxçıvan MR arasında manesiz gediş-gəlişi təmin etmədiyi və bu istiqamətdə siyasi iradə nümayiş etdirmək niyyətində olmadığı üçün sözügedən sənəd qüvvədən düşmüş hesab olunur. Bəyanatın Azərbaycanla Rusiyaya aid olan hisəsi isə, faktiki olaraq icra edilib və bu baxımdan da sülhməramlılar öz missiyalarını vaxtından əvvəl başa vuraraq, müvəqqəti dislokasiya olunduqları əraziləri tərk ediblər", - siyasi şərhçi əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4203
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3756
Bu yol qovşağında təmir işləri aparılacaq
3292
Bakıda hoteldə yanğın başlayıb
2830
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1937
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1777
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1592
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1580
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1550
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1384
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1352
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1267
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1251
Azərbaycan nefti ucuzlaşıb
1188
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1040
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1030
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1015
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
968
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
914