AZ

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə nəyin necə və nə vaxt edilməsini hər kəsdən yaxşı bilən, ölkəmizin milli maraqlarının qorunması və təmin olunması, strateji müttəfiqlərinin və tərəfdaşlarının seçilməsi istiqamətində sistemli və qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyevin növbəti uğurudur. Bu, eyni zamanda Azərbaycanla Rusiya arasındakı əlaqələrin dövlətlərin suveren hüquqlarına münasibətdə qarşılıqlı hörmətə və etimada söykəndiyinin göstəricisi kimi dəyərləndirilə bilər.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

 

Onun sözlərinə görə, şübhəsiz ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var və bu faktorların formalaşmasında Azərbaycanın 10 noyabr 2020-ci il bəyanatı, həmçinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yürütdüyü siysasət, eləcə də regionda davamlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi səylər, bütün aspektlərdən məsuliyyətli və sistemli davranışar müstəsna rol oynayıb.

 

"Qeyd edim ki, 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından, eləcə də bu bəyantdan irəli gələn razılaşmaların əldə olunmasından sonra, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, Qarabağın bir neçə rayonunda məskunlaşan erməni azlığının cəmiyyətimizə reinteqrasiya etmələri üçün maksimum səy və dözümlülük nümayiş etdirib, öz suveren hüquqları çərçivəsində bütün hüquqi və humanitar tədbirlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb, müharibədə qalib gəlməsinə baxmayaraq, sülh müqaviləsinin təşəbbüskarı kimi çıxış edib, əzici üstünlüyə sahib olmasına rəğmən, çağdaş dünyanın reallıqlarında çoxlarına nümunə ola biləcək, dinc birgəyaşayışa xidmət edən ləyaqətli və kifayət qədər tolerant davranışlar sərgiləyib.

 

Bunun qarşılığında isə, Ermənistan 10 noyabr 2020-ci bəyanatı və digər razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birini nəinki yerinə yetirməyib, hətta regiondan kənar qüvvələrdən dəstək almaqla təxribatlarını davam etdirib.

 

Nəticədə Azərbaycan, təxminən 3 illik səbr və dözüm nümayişindən sonra mülki vətəndaşlarının təhlüksəziliyini təmin etmək istiqamətində ölkə konstitusiyasının tələblərinə və Beynəlxalq Jumanitar Hüququn prinsiplərinə uyğun addımlar atmaq məcburiyyətində qalıb. Nəticədə, vətəndaşlıq statuslarından asılı olmayaraq, mülki sakinlərin təhlükəsizliyi maksimum təmin edilməklə gerçəkləşdirilən antiterror tədbirləri sayəsində işğalçı qüvvələrin və qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazilərində mövcudluğuna son qoyulub, həmin ərazilərdə Azərbaycanın legitim təsisatlarının fəaliyyətinə imkan yaradılıb, təhlükəsizlik təmin olunub. Lakin Azərbaycanın bütün hüquqi addımlarına, təqdim edilən reinteqrasiya planının real perspektivinə baxmayaraq, Qarabağın bəzi ərazilərində yaşayan və məskunln da bu hadisələr zamanı erməni azlığının təmsilçilərinə münasibətdə hər hansı bir təzyiqin olmadığını etiraf edib", - o bildirib.

 

O qeyd edib ki, hazırda real vəziyyət ondan ibarətdir ki, Azərbaycan işğaldan və separatizmin hərbi təzahürlərindən xilas edilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri həyata keçirilir.

 

"Həmin ərazilərdə Azərbaycanın bütün dövlət qurumlarının müvafiq təmsilçilikləri yaradılıb, təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Ölkəmizin reinteqrasiya planı və bunun üçün yaradılan kifayət qədər sadə prosedur ortalıqdadır. Yəni işğala qədər Azərbaycan ərazilərində doğulan və yaşayan, eləcə də onların varisləri bu sadə prosedurlardan istifadə etməklə cəmiyyətimizə reinteqrasiya oluna bilərlər və onların digər Azərbaycan vətəndaşları kimi bütün konstitusion hüquqlarının qorunmasına təminat verilir. Bu baxımdan da, Rusiyanın sülhmərmalı missiyasının Azərbaycan ərazilində mövcudluğuna lüzum qalmır və onlar öz missiyalarını 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında göstərilən müddətdən daha tez başa vurublar. Bu prosesin tez bir zamanda başa çatdırılması, təhlükəsizliyin tam təmin edilməsi isə, şübhəsiz ki, Azərbaycının uğuru hesab olunmalıdır.

 

Ermənistan isə daha öncə qeyd olunduğu kimi, 10 noyabr 2020-ci il bəyanatında yer alan öhdəliklərindən heç birini, o cümlədən Azərbaycan Respublikası ilə onun ayrılmaz hissəsi olan Naxçıvan MR arasında manesiz gediş-gəlişi təmin etmədiyi və bu istiqamətdə siyasi iradə nümayiş etdirmək niyyətində olmadığı üçün sözügedən sənəd qüvvədən düşmüş hesab olunur. Bəyanatın Azərbaycanla Rusiyaya aid olan hisəsi isə, faktiki olaraq icra edilib və bu baxımdan da sülhməramlılar öz missiyalarını vaxtından əvvəl başa vuraraq, müvəqqəti dislokasiya olunduqları əraziləri tərk ediblər", - siyasi şərhçi əlavə edib.

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19845
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18132
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17470
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16107
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15944
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15872
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15203
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11720
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11198
"Zaur, yenə çaşdın..." - VİDEO
8786
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7881
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7624
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7553
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7323
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6079
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696