AZ

"Rusiya Cənubi Qafqazla, biz də onlarla vidalaşırıq" - Politoloq

Məlum olduğu kimi, Rusiya sülhməramlılarının Azərbaycan dövlətinin ərazisindən çıxarılmasına başlanılıb. Bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Peskovun açıqlamasından sonra Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də məsələyə münasibət bildirib. 

O qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlayıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılması nəticəsində Azərbaycanın suverenliyi daha da genişlənir:

“Azərbaycan işğaldan azad etdiyi torpaqlarında öz suveren hüquqlarını artırır. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər bu il parlament seçkiləri keçirilsə, bu, ölkəmizin tarixində ərazimizdə başqa dövlətin qoşunu olmadan keçirilən ilk seçki prosesi olacaq. Bu da suverenliyin ən yüksək göstəricisi hesab edilməlidir.

Yəqin ki, ermənilər də düşünürlər ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasından sonra hansısa mənfəətlər əldə etdilər. Mənim fikrimcə, ermənilərin bu məsələdən öz maraqlarına uyğun müsbət nələrsə qazandıqlarını demək olmaz. Bir məsələni vurğulamaq lazımdır ki, Rusiyanın Ermənistana təzyiq edə biləcəyi şeylər azaldıqca və yox olduqca, Ermənistanın da suverenliyi bir qədər genişlənir. Bununla da Ermənistanın Qərbyönümlü siyasət həyata keçirməsinə dair imkanları daha da artır. 

Rusiya isə dünyanın üçdə bir hissəsini tutub. Heç öz ərazilərindəki sərvətlərdən və imkanlardan tam istifadə edə bilmir. Buna baxmayaraq, gözü yenə də digər ölkələrin torpaqlarını tutmaqdadır. Buna görə də, Rusiyanı başa düşmək çətindir. 

Rusiya Qarabağdan çıxardığı qoşunlarını çox güman ki, Ukraynadakı döyüşlərə göndərəcək. Onsuz da zəifləmiş ordusunu bir qədər gücləndirmək üçün bu addımı atacağı gözləniləndir”.

Politoloq qeyd edib ki, Qarabağdan çox sayda texnika çıxarılır:

“Bu barədə dəqiq sayı deyə bilməsək də, məlumdur ki, Rusiya sülhməramlıları ilə birlikdə kifayət qədər texnika ərazilərimizdən çıxır. “BTR”lər, piyadaların zirehli döyüş maşınları və başqa bu kimi texnikaların çıxarıldığının şahidi olmuşuq. Həmçinin, onlar arasında tanklar da var idi. 

Hazırda çoxumuz sevinirik. Özümüzü daha azad və sərbəst hiss edirik. Eyni zamanda, bir tərəfdən də səksəkə içindəyik. Düşünürük ki, birdən nəsə ola bilər. Bu millətdən o qədər çəkmişik ki, yenə də Rusiyanın nələrisə planlaya və həyata keçirə biləcəyini düşünürük. Buna baxmayaraq, mən hər hansı qorxulu və ya pis bir şey başa verəcəyini düşünmürəm. Bu, sadəcə insanın içərisində olan bir duyğudur. Rusiya artıq zəifdir. Bizim üçün ciddi mənada narahatlıq yaradacaq gücə malik deyil. Hər halda, onların bir əli BMT-də və digər beynəlxalq təşkilatdadır. 

Mənim zənnimcə, Rusiya Cənubi Qafqazla vidalaşdır. Hazırda deyə bilərik ki, biz də bu imperiya dövləti ilə vidalaşırıq. Əminəm ki, dünya da Rusiya imperiyası ilə vidalaşacaq. Əlbəttə ki, bunun üçün müəyyən vaxt lazımdır”.

Murad İbrahimli

Seçilən
176
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19690
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19044
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18118
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17412
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16006
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15923
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15732
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15189
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11675
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7454
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7352
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7294
Minimum əmək haqqı nə qədər arta bilər?
6998
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6813
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5687