AZ

COP29-un Danışıq Qrupu Bakıda yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşdü

Xarici işlər nazirinin müavini, COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyev və COP29-un Danışıq Qrupu Bakıda Bakıda iqlim dəyişikliyi gündəliyi ətrafında fikir mübadiləsi aparmaq üçün Baham adaları, Tonqa və Tuvaludan olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında bildirilib.

“Aparıcı müzakirəçi Yalçın Rəfiyev və COP29 Danışıq Qrupu Bakıda iqlim dəyişikliyi gündəliyi və prioritetləri müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvaludan olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb”, – paylaşımda diqqətə çatdırılıb.

Qeyd olunub ki, görüşdə “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (İKAD) iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı xüsusilə həssas olduğuna” diqqət çəkilib.

Vurğulanıb ki, COP29-un Danışıq Qrupu Bakıda keçiriləcək tədbirədək “İKAD ilə əlaqə saxlamağa davam edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
31
unikal.az

10Mənbələr