AZ

Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib

"Sən müharibəni televizorda izləyəndə həmişə ona dəstək verəcəksən, amma evinin yanında hansısa obyektə hücum edildikdə əsəbiləşməyə başlayacaqsan..."
 
"Rusiyalı könüllülər tərəfindən yeni sərhədyanı hücumlar, habelə dronların tərbiqi ilə yeni əməliyyatlar hazırlanır..."
 
Yaxın aylarda rusiyalı könüllülərin Rusiya ərazisində yeni reydləri gözlənilir. Bu hücumların məqsədi Putinin öz əhalisini müharibənin Rusiyanın ərazisinə keçməsindən qoruya bilməyəcəyini göstərməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilı Budanov "The Washington Post" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "eadaily.com" nəşri yayıb.
 
Rusiya artıq iyunda Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərini zəbt etmək üçün böyük hücuma başlaya bilər. Bundan sonra rusiyalılar diqqəti ABŞ-da prezident seçkilərinə və onun nəticələrinə yönəldəcək, Budanov hesab edir.
 
"Amerika prezidentinin inauqurasiya mərasiminədək onlar Donetsk və Luqansk vilayətlərinin imkan daxilində çox ərazilərini zəbt etməyə cəhd göstərəcək", - o, deyib və qeyd edib ki, Rusiya Donald Trampın qələbə qazanacağı təqdirdə "bu nailiyyətləri təsdiq edəcəyinə" ümid edə bilər.
 
Qeyd edilir ki, Ukrayna həmçinin BKİ-nin dəstəyilə Rusiya daxilində fəaliyyət göstərən rusiyalı könüllülər tərəfindən yeni sərhədyanı hücumlar planlaşdırılır. Bundan başqa, pilotsuz uçuş aparatlarının tətbiqi ilə yeni əməliyyatlar hazırlanır.
 
"Biz Rusiyanın potensialının azaldılmasına yönəlik plan təklif etmişik. Bu plan bir çox aspektləri, məsələn, hərbi sənayeni, kritik mühüm hərbi hədəfləri, onların hava limanlarını, komanda-dispetçer məntəqələrini əhatə edir", - Budanov izah edib.
 
Onun sözlərinə görə, belə hücumların məqsədi Rusiya diktatoru Vladimir Putinin öz əhalisini müharibənin Rusiyanın ərazisinə keçməsindən qoruya bilməyəcəyini göstərməkdir.
 
"Məsələn, sən Peterburqda əyləşib müharibəyə televizorda baxırsansa, həmişə ona dəstək verəcəksən. Lakin insanlar evlərinin yanında hansısa obyektə hücum edildikdə əsəbiləşməyə başlayır", - Budanov əlavə edib.
 
O, həmçinin Belqorod sakinlərinin yerli binaların zədələnmələrini nəzərdən keçirdiyini əks etdirən təsvirləri nümayiş etdirib. Onun sözlərinə görə, dağıntıların böyük bir hissəsini Rusiyanın Ukrayna dronlarına yönələn "C-300" zenit raketləri törədib.
 
"Əslində belə raketlərlə vurulan zərər dronun potensial olaraq törədə biləcəyi zərərdən xeyli çoxdur", - Budanov deyib.
 
Rusiya obyektlərinə və işğal edilmiş ərazilərdə hücumlar-son xəbərlər
 
Məlumat verildiyi kimi, aprelin 17-də USQ-nin kamikadze-dronları Rusiyanın Mordovada yerləşən hərbi obyektinə ikinci dəfə hücum edib. 
 
Qeyd edilib ki, orada 29Б6 "Konteyner" adı altında üfüqdənkənar radiolokasiya stansiyası işləyir, o, hava hədəflərini 3 min km məsafəyədək aşkar edə bilir.
 
Bundan başqa, aprelin 17-də gecə işğal edilən Krımın Cankoy hava limanında güclü partlayışlar baş verib. 
 
Düşmənin "C-400" kompleksi və raketlər anbarı məhv edilib. Bundan başqa, komanda məntəqəsi rayonunda Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə ciddi zərər vurulması barədə məlumat verilib.
Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla