AZ

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı, 18 aprel, Tatyana İvanayeva, AZƏRTAC

İçərişəhərdə yerləşən “QGallery” (“Qız qalası”) rəsm qalereyasında Elşən Qaracanın “Cəsur ürək” adlı fərdi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, gənc azərbaycanlı rəssam Elşən Qaracanın yeni əsərlər silsiləsi sərbəst müəllif təfsiridir və burada anında tutulan pozalar motosiklet yarışçılarının obrazlarını, onların dönmə həndəsəsini, sürəti və qafqazlı igidlərin üzünə vuran küləyin axını fonunda əzmkarlığını dəqiq əks etdirir. Bu gün atları motosikletlər əvəz edib - qalereyanın girişində qonaqları azadlıq, macəra, sədaqət, dostluq simvolları qarşılayır, sərgi dərhal selfi çəkmək və fotoşəkillər üçün özəl məkana çevrilir.

“Motosiklet” kəlməsi fransız dilindən hərfi tərcümədə sadə bir məna daşıyır və “nəqliyyat vasitəsi” deməkdir, lakin o, bu tərifi çoxdan üstələyib. Əsərlərində motosikletlərə müraciət edən bir çox müasir rəssamlar, həyatında heç olmasa bir dəfə iki təkərli “dəmir at”da oturan hər kəsin hiss etdiyi sərhədsiz azadlıq hissini və yolun çağırışını öz kətanlarında əks etdirməyə çalışırdılar. Elşən Qaracanın müasir qorxmaz “süvariləri” çoxdan at sürməyən, ancaq “dəmir atları” ilə əcdadlarının kəhər atlarının belində etmədiyi şəkildə dar dağ cığırlarında “uçmağı” bacaran gənclərdir.

Beləliklə, “Cəsur ürək” sərgisi kişi tamaşaçıların marağına səbəb olur. Hansı insan özünə motosiklet alıb onun üzərindəki boş yerləri kəsməyi xəyal etmir? Qonaqların təqdim olunan sərgiyə maraqla baxması və bəyəndikləri rəsmlərin fonunda fotoşəkillər çəkdirmələri açıq şəkildə göstərirdi ki, cinsi mənsubiyyətin də bununla heç bir əlaqəsi yoxdur. Çünki rəssamı təbrik etməyə gələnlərin qadın hissəsi açıq-aşkar maraq göstərərək, kətanlara diqqətlə baxırdı.

Elşən Qaraca aydın şəkildə müəyyən edilmiş hər hansı janr və istiqamətlərdən kənar bir sənətkardır. O, özünü məhdud çərçivəyə salmır. Qarışıq təsviri sənətin tərəfdarı olmaqla, nə istədiyini bilir və bəyəndiyini kətana köçürür. Rəssam axtarışlarında və yaradıcılığında həmişə öz prioritetlərinə diqqət yetirir. “Cəsur ürək” güc, ehtiras və azadlıq uğrunda mübarizənin zəngin və təfərrüatlı dastanıdır.

“Cəsur ürək” fərdi sərgisi aprelin 19-dək davam edəcək. Giriş pulsuzdur.

 

 

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1351
Azərbaycanda bu məhsul bahalaşdı
1254
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1164
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1015
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1012
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1004
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
980
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
978
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
971
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
917
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
895
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
835
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
789
Helikopter qəzası ilə bağlı yeni xəbər
771
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
746
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
741
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
732
Həlak olan şəxslər sabah dəfn olunacaq
720
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
682
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662