AZ

Ançelottinin Qvardiola üzərindəki qələbələri: Heç bir məşqçi bunu bacarmayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Pep Qvardiolanın komandasını 3 dəfə Çempionlar Liqasından kənarlaşdıran ilk məşqçi olub.

BAKU.WS-in xarici mediaya istinadən xəbərinə görə, indiyədək müasir futbolda heç bir məşqçi bunu bacarmayıb.

Ançelotti Qvardiolanı ilk dəfə 2014-cü ildə Çempionlar Liqasının yarımfinalında "Real Madrid" "Bayern"i məğlub edəndə (1:0, 4:0) qalib gəlib.

İtaliyalı mütəxəssis ikinci dəfə 2022-ci ildə "Mançester Siti"nin hazırkı baş məşqçisini məğlub edib.

Ötən gün də UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyununda Ançelotti "kral klubu"nun sükanı arxasında Qvardiolanın "Siti"sinə qalib gələrək (3:4, 3:1) turnirin finalına yüksəlib.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə, digər yarımfinalda "Borussiya" PSJ ilə qarşılaşacaq.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla