AZ

Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən olan sakinlərin müraciətləri "Açıq mikrofon"da 

Göyçay rayonunda təşkil olunan "Səyyar qəbul otağı" sakinlərin ixtiyarına verilməzdən öncə Ağsu RQİİ-nin rəisi görülən işlər haqqında ətraflı məlumat verib.

Redaktor.az xəbər verir ki, qazlaşdırma və təmir-bərpa işləri Göyçay rayonu ilə yanaşı, Ağsu regionunun müxtəlif xidmət sahələrində də həyata keçirilir. Daha sonra mikrofon önünə  sakinlər çıxıb. Ünvanlanan 9 müraciətdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılması, 2-si qazın təzyiqinin bəzən zəif olması və qalan 4 müraciət isə köhnə qaz xətlərinin yenilənməsindən ibarət olub.

Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən qatılan sakinlərin hər bir müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.

222

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
Mənbələr
Şərh ()
Bağla