Göyçay rayonunda təşkil olunan "Səyyar qəbul otağı" sakinlərin ixtiyarına verilməzdən öncə Ağsu RQİİ-nin rəisi görülən işlər haqqında ətraflı məlumat verib.
Redaktor.az xəbər verir ki, qazlaşdırma və təmir-bərpa işləri Göyçay rayonu ilə yanaşı, Ağsu regionunun müxtəlif xidmət sahələrində də həyata keçirilir. Daha sonra mikrofon önünə sakinlər çıxıb. Ünvanlanan 9 müraciətdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılması, 2-si qazın təzyiqinin bəzən zəif olması və qalan 4 müraciət isə köhnə qaz xətlərinin yenilənməsindən ibarət olub.
Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən qatılan sakinlərin hər bir müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.
![2](https://img.redaktor.az/gallery/2024/04/238144_662008c734417.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/04/238144_662008c7344e2.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/04/238144_662008c734539.jpeg)