AZ

Benyamin Netanyahu qərarlıdır: İsrail dövləti özünü qorumaq üçün lazım olan hər şeyi edəcək

İsrailin baş naziri Benyamin Netanyahu bu gün, aprelin 17-də Qüdsə səfər edən Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri Devid Kemeron və Annalena Berbok ilə danışıqlar aparıb.

Baş nazir diplomatlara ölkələrinin töhfələrinə görə təşəkkür edib, lakin deyib ki, İsrail İranın son hücumuna necə cavab verəcəyi ilə bağlı öz qərarını verəcək: “Müttəfiqlərimizin hər cür təklifləri və məsləhətləri var, mən bunu yüksək qiymətləndirirəm, lakin mən bunu aydınlaşdırmaq istəyirəm – biz öz qərarlarımızı verəcəyik və İsrail dövləti özünü qorumaq üçün lazım olan hər şeyi edəcək”.

Editor.az bildirir ki, bu sözləri Netanyahu “Sky News”a deyib. Annalena Berbok və Devid Kemeron İsrailə səfərləri zamanı ölkə prezidenti İzak Hersoq və İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz ilə də danışıqlar aparıblar. Kemeron səfərdən sonra deyib ki, İsrailin İranın son hücumuna cavabı “ağlabatan və məhdud” olmalı və münaqişənin gərginliyini azaltmağa yönəlməlidir: “Heç kim bu münaqişənin böyüməsini və yayılmasını istəmir” – Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. “The Times of Israel” yazır ki, xanım Berbok da öz növbəsində İsraili münaqişənin genişlənməsinə imkan verməməyə çağırıb.

Onun sözlərinə görə, bunun heç kimə xeyri olmayacaq. Nazir Qəzza zolağındakı vəziyyəti və İran-İsrail münaqişəsinin diqqəti yayındıra biləcəyi HƏMAS-la müharibəni xatırladıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla