AZ

Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb

Qərb ölkələrinin səfirləri Orbeliani sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Prezident administrasiyası yayıb.

Bildirilib ki, görüşdə ABŞ, Böyük Britaniya, Aİ-nin səfirləri də iştirak ediblər. Məlumata görə görüşün mövzusu parlamentdə birinci oxunuşunda dəstəklənmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi olub.

Qeyd olunub ki, Prezident Zurabişvili Qərb ölkələrinin Gürcüstanın Avrointeqrasiyasına dəstəyinin vacibliyini vurğulayıb.

Aİ-nin Gürcüstandakı səfiri isə bu qanunun Gürcüstanın Aİ-yə inteqrasiyasına qarşı olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla