AZ

Məhkəmə Pirallahıda idarədən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Pirallahıda idarədən oğurluq etməkdə təqsirləndirilən Nəriman Umudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Nəriman Umudov Pirallahı rayonu ərazisində idarələrdən birinə məxsus 4000 manat dəyərində naqil oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
94
11
Mənbələr
Şərh ()
Bağla