AZ

Qusarda oğurluqda təqsirləndirilən dəstənin məhkəməsi başlayır

Qusarda oğurluq etməkdə təqsirləndirilən Edik Vəzirov və Ayaz Zərbəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Hakim Əli Cəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev bağ massivindən ümumi dəyəri 1800 manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla