AZ

Balakəndə 2 nəfərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Balakəndə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Hetayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rafail Əliyevin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb. Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 2 sərnişin - 1974-cü il təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997-ci il təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qız ölüb, hər iki sürücü və üç sərnişin isə xəsarət alıb. İ.Hetayevə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
106
50
Mənbələr
Şərh ()
Bağla