AZ

Kremldən sürpriz qərar: Hərbçilərini niyə Azərbaycandan geri çəkir?

Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi vardı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması üçün əsas qalmayıb:

“Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ Müharibəsi, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər. Çünki Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi vardı. Bu təhlükə ötən ilin sentyabrında Qarabağa tam nəzarətimizi bərpa etdikdən sonra ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər.

Halbuki Azərbaycanın yaxın tarixdə Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək, Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi.

Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı, gah ermənilərin geri qayıdacağını deyir, gah da minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdi. Minatəmizləmə işi ilə peşəkarlar məşğul olur, bunun üçün aylarla kurslar keçirilir, sıravi hərbçilərin bu işlə məşğul olmaları təhlükəlidir.

Maraqlıdır ki, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasından bir gün əvvəl Dövlət Dumasının ermənipərəst deputatı, komitə sədrinin müavini Konstantin Zatulin söyləmişdi ki, Rusiya hərbi kontigentinin Qarabağda qalmasına ehtiyac qalmayıb. Demək, onun Kremldəki qərardan əvvəlcədən xəbəri olub. Doğru qərar veriblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16470
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11678
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5319
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5233
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3673
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3222
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3195
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2992
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2722
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2439
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2369
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2253
Hidayət Heydərov dünya çempionu oldu
2020
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1877