AZ

Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH

“Erməni tərəfinin 2022-ci ildə yenidən başlayan münaqişələrə Rusiya ordusunun birbaşa müdaxilə etməməsi ilə bağlı narazılıqlar var və etməkdə də davam edir. Bu iddialar əsassızdır. Sülhməramlılar yalnız münaqişə tərəflərinin qarşılıqlı razılığı olduqda atəşkəsə riayət etmək missiyasını yerinə yetirirlər”.
Bu fikirləri rusiyalı politoloq Sergey Stankevic Ednews-a açıqlaması zamanı qeyd edib. O hesab edir ki, Rusiya hərbi kontingentinin hərəkətləri ilə bağlı çoxlu mübahisələr yaranıb:
“Rusiya sülhməramlı kontingenti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatdan sonra Qarabağda yerləşdirilib. O, zaman missiyanın müddəti beş il müəyyən edilmişdi. 90 zirehli transportla iki min nəfərə yaxın silahlı sülhməramlılar döyüş xəttinin yaxınlığında, eləcə də Laçın dəhlizi və Xocalı hava limanında yerləşdirilmişdi. BMT normalarına görə, sülhməramlılar yalnız münaqişə tərəflərinin qarşılıqlı razılığı olduqda atəşkəsə riayət etmək missiyasını yerinə yetirirlər. Əgər razılaşma yoxdursa və hərbi toqquşmalar baş verərsə, sülhməramlılar yalnız mülki şəxsləri qorumaq üçün səy göstərə bilərlər. Aktiv müharibəyə birbaşa müdaxilə artıq BMT Təhlükəsizlik Şurasının mandatı altında sülhü təmin etmək üçün hərbi əməliyyatdır. Misal üçün, 1995-ci ildə Bosniyada 15 ölkənin iştirakı ilə aviasiya, artilleriya və ağır texnikadan istifadə edilən əməliyyat. Qarabağ məsələsində belə bir hərəkət üçün heç bir hüquqi və siyasi əsas yox idi. Rusiya Federasiyasının sülhməramlıları öz missiyasını ləyaqətlə yerinə yetirdilər. Həmçinin, onlardan altısı təəssüf ki, dünyasını dəyişdi, bunu da unutmaq olmaz”. 
Politoloq bildirib ki, sülhməramlıların fəaliyyəti başa çatıb və orda olmaları üçün bir səbəb yoxdur:
“Hərbi əməliyyatlar dayanıb və yenidən başlanmaq təhlükəsi yoxdur, erməni əhalisinin bir hissəsinin humanitar təxliyəsi baş verib, Qarabağ ərazisinin faktiki olaraq Azərbaycana reinteqrasiyası baş verib. Rusiya sülhməramlılarının missiyası başa çatıb. Azərbaycan və Ermənistan yeni heç bir missiya təklif etməyib. Beləliklə, bu kontingent bu ərazini birdəfəlik tərk edir. Gələcəkdə Zəngəzur nəqliyyat marşrutunun mühafizəsi məsələsi yarana bilər (bu ehtimal Üçtərəfli Bəyanatda qeyd olunub), lakin nəqliyyat layihəsinin mövzusu hələ də qalıb. Bunun müzakirəsi Ermənistan və Azərbaycanın sülh və sərhəd müqaviləsi imzaladıqdan sonra edilməli olacaq”.
Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
50
Mənbələr
Şərh ()
Bağla