AZ

Portuqaliya klubundan “Qarabağ”ın legionerinə TƏKLİF

“Qarabağ”ın braziliyalı legioneri Olavio Juninyonu heyətə qatmaq istəyən komandaların sayı artmaqdadır. 

Bizim.Media xəbər verir ki, hücumçuya maraq göstərənlərdən biri də Portuqaliyanın “Braqa” klubudur.

Ağdam klubunun Avropa Liqasında rəqibi olmuş kollektiv artıq futbolçuya təklif də göndərib. 

Qeyd edək ki, “Qarabağ”a Portuqaliyanın “Şaveş” klubundan keçən Juninyo bu ölkənin “Eştoril” və “Portimonense” klublarında da oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
15
Mənbələr
Şərh ()
Bağla