AZ

Millimizin üzvü Türkiyədə klubunu dəyişə BİLƏR 

Türkiyənin “Hatayspor” klubunda çıxış edən milli komandamızın hücumçusu Renat Dadaşov klubunu dəyişə bilər. 

Bizim.Media xəbər verir ki, Superliqanın digər təmsilçisi “Alanyaspor” forvarda maraq göstərir. 

Klub rəsmiləri Dadaşovun müqavilə ilə məxsus olduğu İsveçrənin “Qrasshoppers” klubu ilə danışıqlara da başlayıb. 

Qeyd edək ki, cari mövsümün əvvəlindən icarə əsasında “Hatayspor”a keçən Renat Dadaşov 26 oyunda 4 qol vurub. Müqaviləyə əsasən, “Hatayspor”un futbolçunu birdəfəlik transfer etmək hüququ olsa da, komanda Dadaşovu saxlamaq niyyətində deyil. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
15
Mənbələr
Şərh ()
Bağla