AZ

“Barselona”nın futbolçuları tarixə düşüblər

İspaniya təmsilçisi “Barselona”nın futbolçuları Rafinya və Lamin Yamal klubun tarixinə düşüblər.

“Report” xəbər verir ki, adıçəkilən oyunçular UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Fransanın PSJ klubu ilə cavab matçında bunu gerçəkləşdiriblər.

Qarşılaşmada hesabı açan Rafinya kataloniyalıların turnirdəki 600-cü qolunun müəllifi olub. Ona məhsuldar ötürmə verən Yamal isə pley-offlarda assist edən ən gənc oyunçu ünvanını ələ keçirib. Yamal 16 yaş 278 günlüyündə bunu bacarıb.

Bundan başqa, “Barselona” tarixində ilk dəfə pley-offun birinci görüşündə səfərdə qələbə qazandıqdan sonra ÇL-də mərhələ adlaya bilməyib.

Qeyd edək ki, Parisdə 3:2 hesablı qələbə qazanan “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Mübarizəni davam etdirən PSJ yarımfinalda Almaniyanın “Borussiya” (Dortmund) klubuna rəqib olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
Mənbələr
Şərh ()
Bağla