AZ

UEFA “Barselona”nı cərimələdi

UEFA "Barselona" klubunu cərimələyib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, buna Kataloniya təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə səfər oyununda qeyri-etik davranışları səbəb olub.

Azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsinə, "Park de Prens" stadionuna ziyan vurmasına və rəqibin futbolçusu Usman Dembeleyə qarşı irqçi jestlər etməsinə görə "Barselona" ümumilikdə 32 min avro cərimə edilib. 

Xatırladaq ki, "Barselona" ilk matçda Parisdə qələbə qazansa da (3:2), cavab görüşündə 1:4 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla