AZ

ABŞ İrana qarşı sanksiyalar haqqında qanunvericiliyin daimi qüvvəsini dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentin İrana qarşı sanksiyalar tətbiq etməsinə icazə verən qanunvericiliyin daimi qüvvəsini dəstəkləyib.

Editor.az bu barədə C-SPAN-a istinadla xəbər verir. Səsvermənin nəticələri göstərib ki, qanun layihəsinin qəbulunun lehinə 407 konqresmen, əleyhinə isə 16 konqresmen səs verib. Səsvermədən sonra sənəd baxılmaq üçün ABŞ Konqresinin Senatına göndəriləcək.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan bildirib ki, ABŞ yaxın günlərdə İrana qarşı raket və pilotsuz təyyarələrin inkişaf proqramlarını hədəfə alaraq əlavə sanksiyalar tətbiq edəcək. Onun sözlərinə görə, İranın İsrailə hücumundan sonra ABŞ prezidenti Co Bayden Vaşinqtonun müttəfiqləri və tərəfdaşları, o cümlədən “Böyük Yeddilik” və Konqresdəki Demokratik və Respublikaçılar partiyalarının liderləri ilə birlikdə Tehrana qarşı hərtərəfli cavab tədbirləri hazırlamağa başlayıb. Həmçinin bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi 32 ölkəni İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
41
50
Mənbələr
Şərh ()
Bağla