AZ

«Premium bank» kiçilməkdə davam edir - MƏNFƏƏTİ KƏSKİN AZALIB - HESABAT

«Premium Bank» 2024-cü ilə növbəti kiçilmə ilə başlayıb.

FED.az bakın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin 1-ci rübündə bankın aktivləri daha 10 milyon manat azalaraq ilin əvvəlindəki 685 milyon manatdan 675 milyon manata enib.

3 ayda 10 milyon manatlıq «kiçilmə»

Bu enmə bankın nağd vəsaitlərinin azalması ilə bağlıdır - son 3 ayda bu vəsaitlər 25 milyon manat azalaraq 207 milyon manatdan 182 milyon manata enib.

«Premium bank»un menecmenti bu pulların 10 milyonunu başqa banklarda depozit kimi yerləşdirməyə yönəldib – nəticədə bankın başqa banklardakı depozitlərinin həcmi 2 milyondan 12 milyona yüksəlib. 25 milyonun 5 milyon manatı kreditlərin artımına sərf edilib. Qalan 10 milyon manat isə öhdəliklərin azalması ilə bankdan geri çəkilib.

Yeri gəlmişkən, kredit portfeli barədə – «Premium bank»ın biznes kreditləri azalmağa başlayıb – son 3 ayda bu rəqəm 7 milyon manat aşağı düşərək 378 milyon manatda dayanıb.

Bines kreditləri aşağı düşüb

Əvəzində bank özünü istehlak kreditləri bazarında sınamağa məcbur olub – 3 ayda «Premium bank»ın istehlak kreditləri portfeli az qala 2 dəfə artaraq 19,3 milyondan 32,3 milyon manata yüksəlib.

Ümumiyyətlə «Premium Bank»da istehlak kreditlərinə həvəs 2022-cü ilin əvvəlindən yaranıb – həmin vaxta qədər bankda istehlak kreditləri xırda biznes sayılırdı və kredit portfelində 1%-dən də az yer tuturdu. 2023-ün əvvəlində də bu rəqəm cəmi 1,5% idi.

İndi isə istehlak kreditlərinin məbləği 32 milyon manatı keçib və işlər belə davam etsə, cəmi 3 aydan sonra portfelin 10%-nə çatacaq.

Depozit portfeli «əriyir»

Amma «Premium bank»da problem kreditlərdə deyil, depozitlərdədir.

Bankın depozit portfeli durmadan azalır – aviasiya sektorundakı islahatlardan sonra bu proses davaamlı xarakter alıb.

Nəticədə 2024-cü ilin 1-ci rübünün sonuna «Premium Bank»ın ümumi öhdəlikləri daha 12 milyon manat azalaraq 507 milyon manatdan 495 milyon manata enib. Azalma depozit portfeli ilə bağlıdır - fiziki şəxslərin əmanətləri 4 milyon manata yaxın azalıb. Şirkətlər isə bankdan 7 milyon manat çıxarıblar – hüquqi şəxslərin depozitləri 96 milyondan 89 milyona düşüb.

Bundan əlavə «Premium Bank»ın Mərkəzi Bank və dövlət fondları qarşısında 67,8 milyon manat öhdəliyi var. 

Gəlirləri azalıb – bank qənaətə keçib

2024-cü ilin 1-ci rübündə bankın faiz gəlirləri əvvəlki ilin 1-ci rübü ilə müqayisədə 200 min manat azalaraq 7,8 milyon manata düşüb. Faiz xərcləi isə əksinə – 300 min manat artaraq 2,9 milyona yüksəlib.

«Premium bank»ın qeyri-faiz gəlirlərində də ciddi azalma var – bu rəqəm 600 min manat aşağı düşərək ötənilki 4,4 milyondan 3,8 milyon manata enib – 14% azalma.

Əvvəla bankdakı haqq və komissiya gəlirləri 200 min manat azalaraq 3,1 milyondan 2,9 milyon manata enib.

Digər tərəfdən xarici valyuta dəyişmədən gəlirlər 1,3 milyon manatdan 900 min manata enib.

Gəlirlərin azalması fonunda «Premium bank» qənaətə keçib. Əvvəla bankda əmək haqlarına xərclənən vəsaitlər ötən ildən bəri demək olar ki dəyişməyib - 1,5 milyon manat – bu özü qənaət göstəricisidir. Digər tərəfdən inzibati xərclərdə 300 min manata yaxın azalma var. Adətən belə azalma filial bağlananda baş verir – amma «Premium bank» filialın bağlanmasmı barədə xəbər yaymayıb.

Bankın digər xərcləri də 1 milyon manata yaxın azalaraq 4 milyondan 3 milyon manata enib.

Nəticədə «Premium bank»ın xalis mənfəəti əvvəlki ilin 1-ci rübü ilə müqayisədə təqribən 1 milyon manat və ya 27% azalaraq 2 milyon 570 min manata enib.

Dövrün sonuna bankın kapitalı xalis mənfəət qədər artaraq 179 milyon manatı keçib. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16835
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11712
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5329
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5249
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3689
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3229
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3200
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2999
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2801
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2735
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2486
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2370
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2023
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1882