AZ

Roma Papası: Katoliklər artdı, rahiblər azaldı

Dünya üzrə katoliklərin sayı 2021-ci ildən 2022-ci ilə qədər bir qədər artsa da, yeni statistika keşişlərin sayının azalmağa davam etdiyini göstərir.Ednews odatv-ə istinadən xəbər verir ki, bu ayın əvvəlində Vatikan 2024-cü il Papalıq İlliyi və 2022-ci il Kilsəsi Statistik İllik kitabını nəşr etdi.
Dünyada vəftiz olunmuş katoliklərin sayı 2021-ci ildəki 1,376 milyarddan 2022-ci ildə 1,39 milyarda çatıb ki, bu da 1,0% artım deməkdir. Katoliklərin sayında ən çox artım Afrikada (3%), ardınca Amerikada (0,9%) və Asiyada (0,6%) müşahidə olunub. Avropadakı katoliklərin sayı nisbətən sabit olaraq 286 milyon nəfər olaraq qalıb.
Dünyada keşişlərin sayı 2021-2022-ci illər arasında çox cüzi azalıb. 2021-ci ildə 407 872 keşiş olduğu halda, bir il sonra bu rəqəm 407 730-a enib. Kahinlərin sayı azalsa da, Afrika (3,2%) və Asiyada (1,6%) artım qeydə alınıb. Digər tərəfdən, keşişlərin sayı Avropada 1,7%, Okeaniyada isə 1,5% azalıb. Amerika qitəsində keşişlərin sayı "demək olar ki, sabit" olaraq qaldı. Kahinlərin sayı azalsa da, daimi diakonların sayı 2021-ci ildən 2022-ci ilə qədər artıb. Diakonlar kilsədə bəzi inzibati vəzifələri yerinə yetirə və təbliğ edə bilsələr də, xidmət göstərə bilməzlər.
Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
18
ednews.net

10Mənbələr