AZ

İrana qarşı istənilən addım “dəhşətli, genişmiqyaslı və ağrılı cavaba” səbəb olacaq – İbrahim Rəisi

İran prezidenti İbrahim Rəisi Tehranın İsrail ərazisinə hücumları fonunda İslam Respublikasının maraqlarına qarşı çıxanları nə gözlədiyini dilə gətirib.

Dövlət başçısı bildirib ki, İrana qarşı istənilən addım “dəhşətli, genişmiqyaslı və ağrılı cavaba” səbəb olacaq. Bundan əlavə, o əlavə edib ki, İsrailə qarşı əməliyyat uğurla keçib. İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani isə vurğulayıb ki, əgər İsrail bu ölkəyə hücum etməyə cəsarət etsə, cavab bir neçə saniyə ərzində gələcək.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran ordusu yüzlərlə raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrailə hava hücumu həyata keçirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla