AZ

Bakıda tramvay xətti bu küçələrdən keçəcək – ÜNVANLAR

“Təəəssüf ki, təsdiqindən dörd ay keçsə də, baş planda göstərilən layihələrin icrasına dair hər hansı bir “time-plan” ictimaiyyətə açıq şəkildə bildirilməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri açıqlamasında bloqer-urbanist Anar Əliyev deyib.

Onun sözlərinə görə, Baş planın əsas sənədində Heydər Əliyev Mərkəzinin və Ağa Neymatulla küçəsinin ətrafında pilot layihənin icrası nəzərdə tutulur, lakin icraçı qurumlardan rəsmi məlumat yoxdur:

“Baş planda tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunur. Bu nəqliyyat növlərinin yaradılması məqsəd olaraq sənəddə qeyd olunur, lakin hansı dəqiq olacaq – relsli klassik tramvay və yaxud BRT (Bus Rapid Transit – ayrılmış zolaqla sürətlə hərəkət edən avtobus) – bu qeyd olunmur.

Nəqliyyata cavabdeh olan aidiyyatı qurumlar (Yerüstü Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC) tramvayın dəqiq salıb-salınmasına dair planlar açıqlamır. Baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin BRT və yaxud tramvay xətlərinin çəkilməsi öz əksini tapır. Bu məqsədəuyğun ola bilər, həmçinin Qara Qarayev prospektdə məqsədəuyğun olardı”.

Ekspert metro xətlərinin inkişaf planı barədə isə bunları bildirib:

“İlk növbədə dairəvi xətt layihəsi bitirilməlidir (Həzi Aslanov və Xətai stansiya birləşməlidir), Həmçini “Koroğlu” və “Dərnəgül” stansiyalar arasında 3 stansiya tikilməlidir. Bunun üçün təxmini 3 milyard manat vəsaitə ehtiyac var.

Bir daha qeyd etmək istəyirəm ki, baş planın təsdiqindən 4 aya yaxın vaxt keçsə də, onun icra planı heç bir dövlət qurumu tərəfindən indiyə qədər ictimaiyyətə açıqlanmayıb”. (Baku.ws)

Seçilən
82
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26718
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26369
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18131
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17134
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14416
Sabah 20 dərəcə isti olacaq
9687
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8598
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8492
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8356
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6910
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6601
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6490
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6443
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5994
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5870