AZ

Bakıda tramvay xətti bu küçələrdən keçəcək

"Təəəssüf ki, təsdiqindən dörd ay keçsə də, baş planda göstərilən layihələrin icrasına dair hər hansı bir "time-plan" ictimaiyyətə açıq şəkildə bildirilməyib".

Publika.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında bloqer-urbanist Anar Əliyev deyib.

Onun sözlərinə görə, Baş planın əsas sənədində Heydər Əliyev Mərkəzinin və Ağa Neymatulla küçəsinin ətrafında pilot layihənin icrası nəzərdə tutulur, lakin icraçı qurumlardan rəsmi məlumat yoxdur:

"Baş planda tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunur. Bu nəqliyyat növlərinin yaradılması məqsəd olaraq sənəddə qeyd olunur, lakin hansı dəqiq olacaq – relsli klassik tramvay və yaxud BRT (Bus Rapid Transit – ayrılmış zolaqla sürətlə hərəkət edən avtobus) – bu qeyd olunmur.

Nəqliyyata cavabdeh olan aidiyyatı qurumlar (Yerüstü Nəqliyyat Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC) tramvayın dəqiq salıb-salınmasına dair planlar açıqlamır. Baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin BRT və yaxud tramvay xətlərinin çəkilməsi öz əksini tapır. Bu məqsədəuyğun ola bilər, həmçinin Qara Qarayev prospektdə məqsədəuyğun olardı".

Seçilən
58
8
Mənbələr
Şərh ()
Bağla