AZ

HƏMAS girovların mqabilində atəşkəs və İsrail qoşunlarının çıxarılmasını tələb edir – KİV


Fələstinin HƏMAS hərəkatı İsraildən Qəzza zolağında saxlanılan girovların azad edilməsi müqabilində daimi atəşkəsin elan edilməsini və İsrail qoşunlarının anklavdan tamamilə çıxarılmasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin qeyd etdiyi kimi, HƏMAS İsrailin təklif etdiyi razılaşmanın bütün bəndlərini tamamilə rədd edib və İsrail tərəfinin razılaşa bilməyəcəyi bir sıra əks tələblər irəli sürüb. Xüsusilə, HƏMAS İsrail girovlarının birinci qrupunun azad edilməsindən sonra İsraildən daimi atəşkəsin elan edilməsinə, qoşunların Qəzzadan tamamilə çıxarılmasına və fələstinlilərin anklavın şimal bölgələrinə qaytarılmasına dair zəmanət tələb edib.
Bundan əlavə, Misir, Qətər və ABŞ-nin hazırladığı təklifdə 40 nəfərin İsrailə təhvil verilməsi tələb olunsa da, HƏMAS ilk mərhələdə cəmi 20 girovun azad edilməsini təklif edib. Bundan əlavə, Fələstin hərəkatı 20 girovun azad edilməsinə qədər İsrail tərəfindən 6 həftəlik atəşkəsə razılıq verməsini tələb edib.
Qeyd edək ki, aprelin 7-də Qahirədə Qəzzada atəşkəsin elan edilməsi və girovların azad edilməsi ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb. Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalınin məlumatına görə, məsləhətləşmələr zamanı müəyyən irəliləyiş əldə olunub. Qətərin “Əl-Cəzirə” telekanalı isə mənbələrə istinadən bildirib ki, vasitəçilər üç mərhələdə həyata keçirilməli olan yeni təklif təqdim ediblər.
Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla