AZ

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Açıqlamada Moldovanın Moskvadakı səfiri Lilian Dariusun cümə günü rusiyalı diplomatın ölkədən çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz olaraq ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub.

 

Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri olaraq Moldovanın ölkədəki səfirliyinin əməkdaşını “persona non-qrata” elan edib.

Seçilən
64
6
Mənbələr
Şərh ()
Bağla