AZ

Rusiya Sloveniya səfirliyinin əməkdaşını “persona non grata” elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Sloveniyanın Moskvadakı diplomatik missiyasının əməkdaşı Darya Bavdaj-Kureti “persona non grata” elan edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, bu qərar Rusiya səfirliyinin əməkdaşının Sloveniyadan çıxarılmasına cavab olaraq verilib. 

Qeyd edək ki, daha əvvəl Sloveniyanın Rusiyadakı səfiri Darya Bavdaj-Kuret Rusiya XİN-ə çağırılıb və ona Rusiyanın Sloveniyadakı səfirlik əməkdaşının əsassız olaraq akkreditasiyadan məhrum edilməsi ilə bağlı kəskin etiraz ifadə olunub.

“Qarşılıqlılıq prinsipi nəzərə alınaraq, səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşının “persona non grata” elan edilməsi haqqında nota verilib”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS

Seçilən
124
6
Mənbələr
Şərh ()
Bağla