AZ

Rusiya Sloveniya səfirliyinin əməkdaşını “persona non-grata” elan edib

Rusiya Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşını “persona non-grata” elan edib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.Bildirilib ki, aprelin 12-də Sloveniyanın Rusiyadakı səfiri Darya Bavdaj-Kuret Rusiya XİN-ə çağırılıb və bu ölkənin Sloveniyadakı səfirliyinin əməkdaşının akkreditasiyadan məhrum edilməsi ilə əlaqədar ona etiraz edilib.“Qarşılıqlılıq prinsipi nəzərə alınaraq, səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşına “persona non-grata” elan edilməsi barədə nota təqdim olunub”, - Rusiya diplomatik qurumunun məlumatında qeyd edilib.

Seçilən
132
6
Mənbələr
Şərh ()
Bağla