AZ

Azərbaycanda bankların mənfəətləri çoxalıb - Verilən kreditlər ARTIB

Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən banklarla bağlı bir sıra statistik rəqəmlər açıqlayıb.   Manset.az  Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərə əsasən ölkədəki kommersiya banklarının fəaliyyətini araşdırıb. Bankların mənfəəti artıb... 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 209.8 milyon manat xalis mənfəət əldə ediblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 54.1 milyon manat çoxdur. Bankların əməliyyat mənfəəti isə ötən ilin ilk iki ayı ilə müqayisədə 47.7 milyon manat artaraq 298.3 milyon manata çatıb. Ötən 2 ay ərzində banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.8% və ya 3.9 mln. manat çoxdur. Bankların aktivlərində də artım var... 2024-cü ilin yanvar-fevral aylarında ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 48.7 milyard manat təşkil edib. Bankarın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və ya 6,6% artıb. Bankların cəmi öhdəlikləri 42,5 milyard manat, balans kapitalı isə 6.2 milyard manat olub. Sözügedən rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 576 milyon manat (6,4%) və 451 milyon manat (7,9%) çoxdur. Fevral ayında bankların cəmi aktivləri 1,1%, сəmi öhdəlikləri 1,4% azalıb, balans kapitalı isə 0,6% artıb. Kredit portfeli 1.1% böyüyüb... Fevral ayında bankların kredit portfeli 1.1% və ya 266.7 milyon manat artaraq 23,833 mln. manat təşkil edib. Kredit portfelinin 54.8%-i(13,063.7 mln. manat) biznes kreditlərinin, 29.7%-i (7,077.3 mln. manat) istehlak kreditlərinin, 15.5%-i (3,692 mln. manat) ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.

phrase_var_article.chosen
18
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close