Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 640 manat təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, dövlət sektorunda bu göstərici 1 373 manat, özəl sektorda isə 1 846 manat olub.