AZ

Azərbaycanda bankların mənfəətləri çoxalıb - Verilən kreditlər ARTIB

Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən banklarla bağlı bir sıra statistik rəqəmlər açıqlayıb.

 

Modern.az Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərə əsasən ölkədəki kommersiya banklarının fəaliyyətini araşdırıb.

 

Bankların mənfəəti artıb...

 

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 209.8 milyon manat xalis mənfəət əldə ediblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 54.1 milyon manat çoxdur.

 

Bankların əməliyyat mənfəəti isə ötən ilin ilk iki ayı ilə müqayisədə 47.7 milyon manat artaraq 298.3 milyon manata çatıb.

 

Ötən 2 ay ərzində banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.8% və ya 3.9 mln. manat çoxdur.

 

Bankların aktivlərində də artım var...

 

2024-cü ilin yanvar-fevral aylarında ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 48.7 milyard manat təşkil edib. Bankarın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və ya 6,6% artıb.

 

Bankların cəmi öhdəlikləri 42,5 milyard manat, balans kapitalı isə 6.2 milyard manat olub. Sözügedən rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 576 milyon manat (6,4%) və 451 milyon manat (7,9%) çoxdur. Fevral ayında bankların cəmi aktivləri 1,1%, сəmi öhdəlikləri 1,4% azalıb, balans kapitalı isə 0,6% artıb.

 

Kredit portfeli 1.1% böyüyüb...

 

Fevral ayında bankların kredit portfeli 1.1% və ya 266.7 milyon manat artaraq 23,833 mln. manat təşkil edib. Kredit portfelinin 54.8%-i(13,063.7 mln. manat) biznes kreditlərinin, 29.7%-i (7,077.3 mln. manat) istehlak kreditlərinin, 15.5%-i (3,692 mln. manat) ipoteka kreditlərinin payına düşüb.

 

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18154
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12840
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10200
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4511
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4150
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3351
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3173
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2705
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2342
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2142
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1633
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1126
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1034
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1007
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
998
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
992
Mayın ilk gününün havası açıqlanıb
906
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797