AZ

Qurban Qurbanovun əməyi danılmazdır - Yassin Benzia fantastik qolunu ŞƏRH EDİB (VİDEO)

Bakı. Trend:

Təbii ki, beş il sonra milliyə qayıtdığım və oynadığım üçün çoxsevincliyəm.

Trend xəbər verir ki, bunuİdman.biz-ə“Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.

30 yaşlı yarımmüdafiəçi Əlcəzair millisinə geri dönməsini şərhedib: “Mən heç vaxt milliyə dönməklə bağlı ümidimi itirməmişdim.Buna görə də məşqlərdə həvəslə və səylə çalışırdım. Milliyədönməyimdə "Qarabağ"ın və Qurban Qurbanovun da xidmətləri, əməyidanılmazdır. Onlara təşəkkürüm sonsuzdur. Oyunlar yaxşı keçdi.Maraqlı və baxımlı matçlara şahid olduq”.

O, CAR-a vurduğu fantastik qoluna da münasibət bildirib:“Doğrudan da çox qəşəng qol alındı. Təbii ki, belə gözəl qolvurulan zaman hamı həmin hadisədən danışır. Amma bu dəfəki, qoldünya mediasını zəbt edib. Bu da mənim üçün sevindiricihaldır”.

Qeyd edək ki, Benzia Əlcəzair millisinin heyətində "FİFA series- Edition 2024" turniri çərçivəsində CAR və Boliviya ilə matçda 3qol və 1 assisti ilə yadda qalıb.

Seçilən
47
41
Mənbələr
Şərh ()
Bağla