AZ

Adamiya Gürcüstan yığmasının uğurunun sirrini açdı: “Düzgün işləyəndə bəhrəsini görürsən”

Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter” klublarında oynamış gürcüstanlı sabiq futbolçu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazandı. Millinizin bu uğura imza atacağını gözləyirdiniz?

– İlk növbədə bu uğur münasibətilə bütün Gürcüstan xalqını və yığmamıza azarkeşlik edən insanları təbrik edirəm. Bizim üçün tarixi uğurdur. İnanın, hər birimiz bu nəticəni gözləyirdik. Gürcüstan yığmasının Avropa çempionatına vəsiqə qazanacağına ümidimiz və inamımız var idi. 4 il əvvəl həlledici matçda Şimali Makedoniyaya uduzarkən çox böyük təcrübə toplamışdıq. Onda alınmasa da, bu dəfə alındı və Gürcüstan millisi Avro-2024-də olacaq.

– Necə düşünürsünüz, Gürcüstan millisi nəyin hesabına bu nailiyyətə imza ata bildi?

– Fikrimcə, istək və səbrin hesabına bunu bacardıq. Səbr edərək düzgün işləyəndə bəhrəsini görürsən. Bir vaxt gəlir ki, yaxşı şans yaranır və sən də bundan istifadə etmək məcburiyyətindəsən. Dediyim kimi, 4 il öncə Şimali Makedoniya ilə oyun bizə böyük təcrübə qazandırdı.

– Gürcüstan millisinin fransalı baş məşqçisi Villi Sanyol o qədər də təcrübəli çalışdırıcı sayılmır. İlk gündən ölkənizdə ona inam var idi, yoxsa bu uğurla hər birinizi təəccübləndirdi?

– Yeni baş məşqçi gələndə gözləntilər həmişə böyük olur. Sadəcə, inanmaq və məqsədə doğru irəliləmək lazımdır. Bizim üçün hədəf Avropa çempionatına vəsiqə qazanmaq idi. Etimad göstərilməsəydi, heç bir məşqçi bu uğuru əldə edə bilməzdi. Güvənmək çox vacib məqamdır. Sanyol addım-addım məqsədinə yaxınlaşdı və sonda gözlənilən nəticəni verə bildi.

– Gürcüstan millisi Avropa çempionatında Portuqaliya, Türkiyə və Çexiya ilə eyni qrupda mübarizə aparacaq. Komandanızın qitə birinciliyindəki şansını necə dəyərləndirirsiniz?

– Hamı bilir ki, çətin qrupa düşmüşük. Hər üç oyun bizim üçün ağır keçəcək. Tək onu deyə bilərəm ki, sonadək mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək. İnanıram ki, komandamız Avropa çempionatında layiqli çıxış etmək üçün əlindən gələni edəcək.

– Gürcüstanla müqayisədə Azərbaycan futbolunda daha böyük pullar dövr edir. Bununla belə, Avropa çempionatına vəsiqə qazanmaq hələ bizə müyəssər olmayıb. Bunun səbəbini nədə görürsünüz?

– Düşünürəm ki, vaxt gələcək, Azərbaycan millisi də Avropa çempionatında iştirak edəcək. Sadəcə, səbr etmək lazımdır. Biz də bu uğuru çox gözlədik, çox səbr etdik. Azərbaycan yığmasının da yaxın müddətdə bu nailiyyətə imza atacağına inanıram. Əsas odur ki, bu cür şans ələ düşəndə ondan istifadə edə biləsən.

FƏRİD

Seçilən
54
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18321
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17668
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16902
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15386
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14615
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14417
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13178
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12734
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10808
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10780
"Zaur, yenə çaşdın..." - VİDEO
8510
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7448
Minimum əmək haqqı nə qədər arta bilər?
6712
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6652
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6248
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5366
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5312
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5216
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4963