AZ

Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir - NAZİR

Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, TDT-nin platformasından istifadə etməklə aqrar sektorda ümumi problemlərin həllinə və regionda aqrar sektorun inkişafına töhfə verilə bilər: “Kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinin sadəcə regional deyil, həm də qlobal təsirlərinin olduğunu nəzərə alsaq, beynəlxalq əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir. Bu istiqamətdə Nazirlik olaraq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. TDT ölkələri geniş və məhsuldar kənd təsərrüfatı torpaqlarına, müxtəlif iqlim tiplərinə və zəngin su ehtiyatlarına malikdir. Bir çox kənd təsərrüfatı məhsullarının mühüm istehsalçısı və ixracatçısı olan TDT ölkələri aqrar istehsal baxımından böyük potensiala malikdir. Hazırda Forumda öz nümayəndələri ilə iştirak edən TDT-nın öz təcrübələrini bugün bizimlə bölüşməsi çox sevindirici haldır".

Xatırladaq ki, martın 21-də Qazaxıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı keçirilib. Toplantıda müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğu diqqətə çatdırılıb.

Seçilən
142
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26340
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26189
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18119
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16413
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14365
Sabah 20 dərəcə isti olacaq
9612
May ayında Azərbaycana qar yağdı - VİDEO
8805
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8536
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8474
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7941
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7191
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6853
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6510
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6437
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6393
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6012
Azərbaycan nefti ucuzlaşıb
5933
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5832