AZ

Qazaxıstanda universitet şirkətlərlə birgə PUA istehsal edəcək

Qazaxıstanda Dulati adına Taraz Regional Universiteti və texnoloji inkişafla məşğul olan Çin və yerli şirkətlər arasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və onların istismarı üzrə tələbələrin öyrədilməsi üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

 

İndi PUA-lardan kənd təsərrüfatı, fövqəladə hallar, tibb, aerofotoqrafiya, təhsil, logistika və informasiya texnologiyaları kimi sahələrdə fəal istifadə olunur.

 

Çin şirkətinin prezidenti Lu Şidonq qeyd edib ki, Koreya, Yaponiya, Çin və Amerikada dronlardan istifadə üzrə təlimlər məktəb proqramına daxil edilib və müasir şəraitdə böyük tələbat var.

Seçilən
206
50
Mənbələr
Şərh ()
Bağla