AZ

“FTX” kriptobirjasının təsisçisi 25 il həbs cəzasına məhkum edilib

Nyu-York federal məhkəməsi Sem Bankman-Fridi 25 il həbs cəzasına məhkum edib. O, Baham adalarında yerləşən kriptovalyuta birjası “FTX”in operatoru olan “FTX Group”un qurucusu və baş direktoru olub.

Şirkət 11 noyabr 2022-ci ildə müflis olduğunu elan edib. Eyni zamanda, Sem Bankman-Frdin baş direktor vəzifəsindən istefa verəcəyi açıqlanıb.

2022-ci ilin dekabrında Sem Bankman-Frid ABŞ-ın tələbi ilə Baham adalarında saxlanılıb. O, birjaya ümumilikdə 1.8 milyard dollar sərmayə qoyan “FTX” investorlarını aldatmaq üçün bir sxem təşkil etməkdə ittiham edilib.

Ümumilikdə Sem Benkman-Frid maksimum 115 il həbs cəzası nəzərdə tutan yeddi ittiham üzrə təqsirli bilinib. Eyni zamanda, prokurorluq “FTX”in təsisçisinə 40 ildən 50 ilədək həbs cəzası istəyib.

Uzun müddətdir kriptovalyuta birjasının çökməsində və müştəri vəsaitlərinin mənimsənilməsində günahını inkar edən Bankmen-Frid bu gün etdiyi hərəkətlərdən təsirlənən hər kəsdən üzr istəyib.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla