AZ

“Kia” avtomobilləri Qazaxıstanda hazırlanacaq

Cənubi Koreyanın “Kia Corporation” şirkəti 2024-cü ilin sonuna qədər Qazaxıstanda “Kia” avtomobillərinin istehsalı üzrə zavodun tikintisini başa çatdırmağı planlaşdırır.

Bu barədə Qazaxıstan lideri Qasım-Jomart Tokayevin “Kia” korporasiyasının prezidenti Son Ho Sun ilə görüşündən sonra dövlət başçısının mətbuat xidməti məlumat verib.

Məlumata görə, layihə 202 milyon dollardan çox vəsait hesabına başa gəlib və 1500 daimi iş yerinin yaradılmasını nəzərdə tutur.

Zavodun layihə gücü ildə 70 min avtomobil təşkil edəcək.

Mənbə: TASS

Seçilən
108
3
Mənbələr
Şərh ()
Bağla