AZ

Qazaxıstanda elektron siqaretlər qadağan edildi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericiliyə elektron siqaretlərin idxalı, istehsalı və satışının qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Ölkə rəhbərinin imzaladığı qanun elektron siqaretlərin və onunla bağlı məhsulların reklamına da qadağa qoyur.

Düzəlişlər həmçinin bu qadağaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir.

Seçilən
129
6
Mənbələr
Şərh ()
Bağla