AZ

NATO-nun sabiq baş katibi niyə ermənilərin oyuncağına ÇEVRİLDİ? – Deputatdan MARAQLI AÇIQLAMA

Xəbər verildiyi kimi, Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabat yayımlanıb. Sözügedən hesabatda ölkəmizlə bağlı bir çox absurd, böhtan xarakterli iddialara yer verilib.

Sözügedən hesabata Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən də sərt reaksiya verilib. XİN-in yaydığı açıqlamada Rasmussenin niyə bu cür qərəzli yanaşma sərgilədiyi də qeyd olunub:

“Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir. Ermənistan Respublikası hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib”.

“Artıq özlərini ifşa edirlər”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, son zamanlar ermənipərəst siyasi dairələr artıq açıq şəkildə öz kimliklərini ortaya qoymaq yarışına girişiblər:

“Maskalanmış və eybəcər sifətlər artıq geniş ictimaiyyət üçün görünməkdədir. Belə maskalanmış simalardan biri də Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Rasmussendur. O, “Ermənistanın dostları” şəbəkəsinə rəhbərlik edir. Son zamanlar o, ermənipərəst “sevgi və məhəbbətini” ishar etməkdə fəallıq nümayiş etdirir.

Martın 21-də paylaşdığı hesabatda Rasmussen ilk baxışda Aİ-Ermənistan münasibətlərinin dərinləşməsindən bəhs etmək istəsə də, pərdə arxasında Ermənistana yaltaqlanır. Belədə, anti-Azərbaycan davranışı ilə diqqəti cəlb edir”.

Həmsöhbətimizin fikrincə, Rasmussenin rəhbərlik etdiyi təşkilatın adında qlobal sözü olsa da, o, qlobal deyil, lokal təşkilat statusundadır:

“Rasmussen də onu qlobal təşkilata çevirmək, geniş maliyyəyə malik erməni diasporunun diqqətini özünə cəlb etmək istəyir. O bu hesabatı özü də aprelin 5-i ərəfəsi yayıb. Bu da həmin gün Brüsseldə ABŞ-Ermənistan-Aİ konfransının olması ilə bağlıdır. Hansı ki, bu konfrans erməni lobbi və diasporunun mühüm diqqət mərkəzindədir. Bu reallıqda Rasmussen də özünün Ermənistan “sevgisini” ortaya atmaqla erməni maraqlarına xidmət etdiyi obrazını formalaşdırmağa çalışır”.

Deputat qeyd edir ki, Rasmussen dünyaya öz mədəsinin və maraqlarının gözü ilə baxır:

“Nə vaxtilə baş nazir olduğu Danimarka, nə də qlobal güc mərkəzi NATO-nun maraqları onun üçün əsas deyil. Əsas olan şəxsi maraqları və yaratdığı təşkilatın geniş maliyyə imkanlarına sahib olmasıdır. Bunu da erməni lobbi və diaspor təşkilatları hesabına həyata keçirməyi düşünür. Tam əsasla söyləmək olar ki, Rasmussen erməni lobbi və diasporunun əlində artıq bir alətdir”.

Rüfət Sultan, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18073
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12818
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10194
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4473
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4103
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3339
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3163
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2691
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2332
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2133
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1627
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1122
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1030
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1003
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
997
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
985
Mayın ilk gününün havası açıqlanıb
906
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797