AZ

Türkiyənin Konya vilayətində qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi - FOTO

Türkiyənin Konya vilayətinin Çumra rayonunun iki məhəlləsində eyni vaxtda 15 çuxur əmələ gəlib.

Rayonun Gökhüyük məhəlləsindəki Çarşamba çayı Tavşanköprü ərazisində diametri təxminən altı metr və dərinliyi 10 metr olan çuxuru görənlər məhəllə muxtarı Mustafa Çömlekçiyə məlumat veriblər.

Əraziyə gələn aidiyyəti qruplar çuxur ətrafında təhlükəsizlik tədbirləri görüblər.

Məhəllə muxtarının sözlərinə görə, daha əvvəl bölgədə belə bir halla rastlaşmayıblar.

“Bu çuxur təxminən 10 metr dərinlikdə, altı metr enindədir, daha əvvəl heç belə bir şey yaşanmamışdı. Həmin gün beş-altı saatdan sonra ətraf kənddə də 14 çuxur əmələ gəlib. Səlahiyyətlilərə xəbər vermişik və çalışmalara başlanılıb. Dibindən başlayaraq daşla və gillə dolduracaqlar, beton tökülərək örtüləcək”, - deyə o bildirib.

Həmçinin Gökhüyükdən beş kilometr uzaqlıqdakı Doğanlı məhəlləsində də eyni vaxtda 14 çuxur əmələ gəlib.

“70 yaşım var və həyatım boyu daha əvvəl bölgəmizdə belə bir şey görməmişəm”, - deyə məhəllə sakini Yusuf Taktak qeyd edib.

Məsələ ilə bağlı Konya Texniki Universitetinin professoru Fetullah Arık açıqlama verib.

“Qış dövrü quraq keçdi. Həmin ərazi həmişə cənubdan gələn suyu ötürən xətt olub. Çarşamba kanalı su xətti olaraq bərpa edilib. Orada yerin altında həll olunan süxurların olduğu yer var. Yerüstü çatlar suyun gəlişi ilə genişlənib və aşağıda olan boşluqları hərəkətə gətirib”, - deyə professor bildirib.

Seçilən
227
2
Mənbələr
Şərh ()
Bağla